Kuba BRİKS ilə tərəfdaş statusu almaq üçün müraciət etdi
“Kuba artıq BRİKS ilə tərəfdaş statusu almaq üçün rəsmi ərizə göndərib”. Yeniavaz.com xəbər verir ki, bunu TASS-ın müxbirinə müsahibəsində Rusiyanın Havanadakı səfiri Viktor Koronelli deyib. “Kuba BRİKS assosiasiyasının işinə qoşulmaqda maraqlıdır. "Kubalılar maraqlıdır və müvafiq ərizə təqdim olunub. Üstəlik, Rusiya bu il BRİKS-ə sədrlik etdiyi üçün onlar artıq Rusiya tərəfinə rəsmi ərizə təqdim ediblər. Kubalıların marağı var və müvafiq müraciət tamamlanıb”, – Koronelli vurğulayıb. O, həmçinin Kuba Prezidenti Migel Diaz-Kanelin BRİKS sammitinin “autriç”/BRİKS plus formatlı iclasında iştirak etmək üçün dəvətinin olduğunu təsdiqləyib.