RU

Husilər Tel-Əvivə zərbələr endirib

Yəmənin \"Ənsar Allah” üsyançı hərəkatından olan husilər raket və dronlardan istifadə edərək İsrailin paytaxtı Tel-Əviv və Eylat şəhərindəki hədəflərə hücum ediblər.

AZXEBER.COM \"Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda hərəkatın hərbi nümayəndəsi Yəhya Səria açıqlama verib.

O bildirib ki, silahlı qüvvələr iki hərbi əməliyyat keçirib. Birincidə onlar iki raket ataraq Tel-Əvivdə İsrailin iki hərbi hədəfini vurub.
 
Husilər həmçinin \"Jaffa” və \"Səməd-4” pilotsuz uçuş aparatlarından istifadə edərək Tel-Əviv və Eylatdakı hədəflərə hücum ediblər.
Избранный
6
10
azxeber.com

10Источники