RU

SESRIC Azərbaycanla halal sektorunda birgə layihələrin həyata keçirilməsinə hazırdır

Azərbaycanın halal sənayesinin inkişafı, ölkənin qlobal bazarlara daha güclü inteqrasiya olunmasına və İslam ölkələri ilə ticarət əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradır.

"Report" xəbər verir ki, bunu İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüt Selçuk Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

"Azərbaycan, strateji mövqeyi və iqtisadi artımı ilə İslam dünyasının önəmli iqtisadi aktorlarından birinə çevrilib. Xüsusilə halal sektoru geniş potensiala malikdir və bu sahədə atılan addımlar təkcə ölkə iqtisadiyyatı üçün deyil, həm də İslam dünyası ilə ticarət əlaqələrinin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Bu cür tədbirlərin keçirilməsi həm biznes dairələrində, həm də dövlət səviyyəsində əməkdaşlıq imkanlarını artırır", - Zehra Zümrüt Selçuk bildirib.

Onun sözlərinə görə, SESRIC Azərbaycanla əməkdaşlığını daha da gücləndirmək niyyətindədir və halal sektorunda birgə layihələrin həyata keçirilməsi istiqamətində yeni imkanlar yaratmağa çalışır: "Azərbaycanın halal bazarda liderliyini və bu sahədə əldə etdiyi uğurları daha da artırmaq üçün müvafiq təlim və təcrübə proqramlarını genişləndirməyə hazırıq".

Избранный
27
33
far.az

10Источники