RU

Sədr: Azərbaycanın Halal Biznes Forum təşəbbüsü onun iqtisadi artımın lokomotivi kimi sübut olunmuş roluna əsaslanır

Bakı, 8 oktyabr, AZƏRTAC

AZHAB Forum əməkdaşlığın gücləndirilməsi, bilik mübadiləsinin aparılması, məhsulların nümayişi, halal sənayedə etik və dayanıqlı təcrübələrin təşviqi ilə yanaşı, regionda biznesin inkişafını və beynəlxalq əməkdaşlığı dəstəkləmək məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Halal Biznes və Turizm Forumunun (AZHAB Forum) rəsmi açılış mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu təşəbbüslər Qarabağ və Şərqi Zəngəzurda milli-mədəni irsin dirçəldilməsi, eləcə də tarixi abidələrin əvvəlki əzəmətinə qaytarılması baxımından mühüm əhəmiyyət daşıyır.

“Bu işlər Azərbaycanın tarixi və mədəni irsini qorumaq və gələcək nəsillərə çatdırmaq məqsədinə xidmət edir. Azərbaycanın Halal Biznes Forumunun başlanğıcını qoymaq təşəbbüsü onun regionda sülh qurucusu və iqtisadi artımın əsas lokomotivi kimi sübut olunmuş tarixi roluna əsaslanır”, - deyə Orxan Məmmədov bildirib.

Избранный
26
33
azertag.az

10Источники