RU

Teylor Svift dünyanın ən zəngin qadın musiqiçisi olub

“Forbes” jurnalı müğənni Teylor Sviftin sərvətini 1.6 milyard dollar qiymətləndirib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir. Qeyd edək ki, dünyanın ən varlı kişi musiqiçisi Jay-Z sayılır – onun sərvəti 2.5 milyard dollar səviyyəsində qiymətləndirilir.

Teylor Svift 2023-cü ilin oktyabrında milyard dollar həddinə çatıb. Bu, musiqiçiyə böyük uğur gətirən “Eras Tour” turnesi sayəsində olub. Lakin tur hələ başa çatmayıb və dekabr ayına qədər davam edəcək. Ümumilikdə müğənni “Eras Tour” çərçivəsində 152 konsert verəcək.

“Forbes”in qeyd etdiyi kimi, Teylor Svift sərvətini reklam müqavilələri ilə deyil, ilk növbədə mahnılar və tamaşalar vasitəsilə əldə etmiş ilk musiqiçi olub. Teylor Svift qonorar və turlardan təxminən 600 milyon dollar qazanıb. “Forbes” onun musiqi kataloqunu 600 milyon dollar, daşınmaz əmlakını isə 125 milyon dollar dəyərində qiymətləndirir.

Избранный
20
25
banker.az

10Источники