Sabirabadda 70 yaşlı 5 övlad atası özünü asaraq intihar edib.
Hadisə Sabirabad rayonunun Əlləmbəyli kəndində qeydə alınıb.
Kənd sakini, 5 övlad atası, 1954-cü il təvəllüdlü Ağayev İsmayıl Mahmudəli oğlu özünü mağazanın arxasında, ağacdan asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
APA
Tarix: 9 Oktyabr 2024, 10:01