RU

Şənliyə basqın edildi: 400 nəfər...

Fransanın Drom bölgəsində bir kənddə qış şənliyi zamanı edilən basqında 16 yaşlı gənc həyatını itirib, 9 nəfər isə yaralanıb.

Publika.az xəbər verir ki, Krepol kəndinin sakinləri şənlik üçün şəhər meriyasına toplaşıblar. Jandarma rəsmiləri naməlum şəxslərin bal zalına basqın edərək kənd sakinlərinə bıçaqla hücum etdiyini, 16 yaşlı bir gəncin öldüyünü, 2-si ağır olmaqla 9 nəfərin yaralandığını açıqlayıb.

Səlahiyyətlilər, 400-dən çox insanın olduğu zala basqın edən hücumçuların siyasi və ya dini motivli olmadıqlarına inandıqlarını ifadə edərək, hadisəni "dava" kimi qiymətləndiriblər.

Hadisə ilə bağlı Valens Prokurorluğu araşdırma aparır.

Избранный
45
1
publika.az

4Источники