RU

Kadırov rusiyalı senator Süleyman Kərimovu qanlı qisasla təhdid etdi

 
"Əgər kimsənin kadırovçulara qarşı iradları varsa, qoy şəxsən mənə bildirsin, çünki baş kadırovçu elə mən özüməm..."
 
Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, o, Dağıstandan olan senator Süleyman Kərimova və Rusiya Dövlət Dumasının onun qətlini sifariş verən daha iki deputatına rəsmən qanlı qisas elan etməyə hazırdır.
 
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanalı"nda yazıb. Məlumatı"dw.com" nəşri yayıb.
 
Kadırov məlumat verib ki, komandirlər və Çeçenistanın güc strukturları ilə müşavirə keçirib.
 
Kadırov "Wildberries" ofisində insidentlə bağlı Kərimovun və Rusiya Dövlət Dumasının deputatları Bekxan Baraxoyev və Rizvan Qurbanovun adlarını xatırladıb. 
 
"Əgər onlar bunun əksini sübut etməsələr, mən Süleyman Kərimov, Bekxan Baraxoyev və Rizvan Qurbanova rəsmən qanlı qisas elan edirəm. Şahidlər var, onların sifariş verdikləri adamlar var ki, onlardan mənin qətlimə görə sifarişin məbləği soruşulub", - SİTA agentliyi Kadırovun sözlərindən iqtibas gətirib.
 
Agentlik dəqiqləşdirib ki, Kadırov "Wildberries" ofisində atışma barədə danışandan sonra Kərimovun adını çəkib. 
 
"Orada bizneslə bağlı insident olub. Orada Baraxoyev Bekxan, Kərimov Süleyman, Qurbanov Rizvan olub. Onların biznesi olub, həm də söhbət təkcə həyat yoldaşından alınan biznesdən getmir. Onlar mənim qətlimi sifariş edib", - Kadırov deyib.
 
Öz postunda Kadırov həmçinin yazıb ki, müşavirənin gedişində "Weldberries" şirkətinin ofisində baş verən insident də müzakirə edilib.
 
"Elə adamlar var ki, buna milli çalar verməyə çalışır və bəyan edir ki, bu münaqişəni törədənlər, guya, kadırovçulardır. Bu mövzunu şişirdənlərə müraciət edirəm. Əgər kimsənin kadırovçulara qarşı iradları varsa, qoy şəxsən mənə bildirsin, çünki baş kadırovçu elə mən özüməm", - Kadırov yazıb.
 
Xatırladaq ki, sentyabrın 18-də Moskvanın mərkəzindəki "Weldberries" şirkətinin ofisi yaxınlığında atışma baş verib.
 
Marketpleysin təsisçisinin əri Vladislav Bakalçukun deməsinə görə, o, şirkətin ofisinə işgüzar görüşə gəlib. Onu DİN əməkdaşları müşayiət edib.
 
Şirkət bəyan edib ki, Bakalçuk ofisə "qanunsuz daxil olmağa" cəhd göstərib, atəş isə onu müşayiət edənlər tərəfindən açılıb. 
 
Bakalçukun özü iddia edir ki, atəş ofis tərəfdən açılıb. Atışma nəticəsində əslən İnquşetiyadan olan iki mühafizəçi həlak olub.
Избранный
145
19
moderator.az

10Источники