RU

ABŞ-də zavodda kimyəvi sızma: Ölənlər və xəsarət alanlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Texasın Dir-Park şəhərindəki "Pemex" neft emalı zavodunda kimyəvi maddələrin sızması nəticəsində ölənlər və xəsarət alanlar var.
Oxu.Az-ın "Reuters"ə istinadla verdiyi məlumata görə, bu barədə müəssisədən xəbər verilib.
Qeyd olunur ki, sızma zavod işçilərindən birinin hidrogen-sulfid tərkibli xətti açması nəticəsində baş verib.
Onun özü hadisə yerində həlak olub. Ümumilikdə qəza nəticəsində azı iki nəfər həlak olub və daha beş nəfər yaralanıb.
Müəssisədə təcili yardım briqadaları növbə çəkir.
Dir-Park və Pasadena rəhbərliyi fövqəladə vəziyyət rejimi tətbiq edib, sakinləri bütün pəncərə və qapıları bağlayaraq evdə qalmağa çağırıb.
Избранный
5
50
oxu.az

10Источники