RU

Putinlə Pezeşkian ilk görüşdə n :

Rusiya prezidenti Vladimir Putin Aşqabadda ilk dəfə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla görüşüb.

Medianews.az xəbər verir ki, bu barədə oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİCS sammitində iki dövlət başçılarının daha bir görüşü planlaşdırılır

Putin bildirib ki, İran və Rusiyanın mövqeləri və qiymətləndirmələri çox vaxt dünyada baş verən hadisələrə yaxın olur.

“Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik”, – ölkə başçısı deyib.

Pezeşkianın sözlərinə görə, İran və Rusiya arasında münasibətlər strateji və səmimidir.

“Mədəni, iqtisadi və sosial sahələrdə əlaqələrimiz günü-gündən yaxşılaşır. Rusiya və İranın imkanları çoxdur, onlar bir-birinə kömək etməlidirlər, çünki beynəlxalq aləmdə Moskva və Tehranın mövqeləri oxşardır. BRİCS sammitində sənədlərin imzalanması üçün hər şeyi edəcəyik”,- prezident vurğulayıb.

Ayşən

Избранный
22
medianews.az

1Источники