RU

“Premium Bank” kiçilib, gəlirləri azalıb

“Premium Bank” 2024-cü ilin 3-cü rübünü 9 milyon 505 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın mənfəəti 7 milyon 881 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 21% artması deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında “Premium Bank”ın faiz gəlirləri 23 milyon 998 min manatdan 24 milyon 222 min manata yüksəlib, qeyri-faiz gəlirləri isə 13 milyon 668 min manatdan 12 milyon 751 min manata düşüb. Bankın cəmi gəlirləri 36 milyon 973 min manat olub. (əvvəlki ilə nisbətən 2% azalma)
2024-cü ilin sentyabr ayının 30-na Premium bankın aktivləri 650 milyon 959 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 5% azalmadır. Bunun 469 milyon 149 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 0.6% kiçilib.
“Premium Bank” ASC 473 milyon 61 min manat cəmi öhdəliklərə, 177 milyon 898 min manat cəmi kapitala malik olub.
Избранный
118
1
banker.az

10Источники