RU

İstanbulda Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platformasının III iclası keçiriləcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platforması çərçivəsində sabah Azərbaycan, İran, Rusiya və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.

Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platformasının üçüncü iclası İstanbulda baş tutacaq. Hakan Fidanın ev sahibliyi edəcəyi bu görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, İranın xarici işlər naziri Abbas Erakçi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edəcək.

Diplomatik mənbələrin yaydığı məlumatlara görə, görüşdə regionda sabitliyin bərqərar olunması və rifah səviyyəsinin yüksəldilməsi istiqamətində atılacaq addımların qiymətləndiriləcəyi bildirilib.

İclasın sonunda iştirakçı ölkələrin birgə bəyannamə dərc edəcəyi gözlənilir. Bu bəyannamədə region ölkələrinin problemlərini dialoq yolu ilə həll etmələrinin vacibliyi vurğulanacaq.



Избранный
25
21
trt.net.tr

10Источники