Almaniya kansleri Olaf Şolts “Taurus” uzaqmənzilli qanadlı raketlərinin Ukraynaya tədarükünü yanlış yanaşma adlandırıb və münaqişənin gərginləşməsinə töhfə verəcək “müəyyən silahları” ötürməyəcəyini bildirib.
APA xəbər verir ki, o bunu ZDF telekanalına müsahibəsi zamanı deyib.
“Taurus” raketlərinin təchizatı ilə bağlı mövqeyim aydındır. Düşünürəm ki, bu, yanlışdır”, - deyə o bildirib.
Bundan bqşa “Hər şeyi ölçüb-biçmək lazımdır. Bu, Almaniyada hər kəsin güvənə biləcəyi bir şeydir. Buna görə də mən eskalasiyaya töhfə verəcəyini düşündüyüm bəzi silahları tədarük etməyəcəyəm” deyən hökumət başçısı tələsik qərar verməyəcəyini vurğulayıb.