RU

Britaniyanın müdafiə nazirindən ETİRAF: “Müharibəyə hazır deyilik”

Böyük Britaniyanın müdafiə naziri Con Healey Böyük Britaniya silahlı qüvvələrinin mümkün müharibəyə hazır olmadığını etiraf edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Telegraph” nəşri məlumat yayıb.
 

Healey Britaniya ordusunun müharibəyə hazır olmamasına görə əvvəlki Nazirlər Kabinetini ittiham edib. Onun sözlərinə görə, sabiq Nazirlər Kabinetinin fəaliyyəti dövründə maliyyə çatışmazlığı səbəbindən ordunun imkanları dağıdılıb.


“Birləşmiş Krallıq, bir çox digər ölkələr kimi, mahiyyətcə, hərbi əməliyyatlarla bağlı xüsusi hazırlıq vəziyyətinə gətirilib. Lakin biz müharibəyə hazır deyilik”, - deyə nazir bildirib.

Bundan əlavə, Healey vurğulayıb ki, əgər Böyük Britaniya döyüşməyə hazır deyilsə, o zaman müdafiə siyasəti həyata keçirə bilməz.

Qeyd edək ki, Böyük Britaniya Ukraynaya ən aktiv yardım edən qərb ölkələrindən biri hesab olunur. Hətta bir müddət əvvəl rəsmi Londonun Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli “Storm Shadow” raketlərindən zərbə endirmək üçün Ukraynaya yaşıl işıq yandırmaq qərarına gəldiyi ilə bağlı xəbərlər də yayılmışdı.

Bizim.Media

Избранный
61
50
bizim.media

10Источники