RU

Dörd günlük iş həftəsinə keçdilər, iqtisadi artım iki dəfədən çox sürətləndi

İslandiya dörd günlük iş həftəsini tətbiq edəndən bəri iqtisadi artımın sürətlənməsi qeydə alınıb.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə CNN aparılan araşdırmanın nəticələrinə əsasən məlumat yayıb.

Yeni araşdırmaya görə, İslandiyanın ÜDM-i 2023-cü ildə 5 faiz artıb ki, bu da inkişaf etmiş bir iqtisadiyyat üçün böyük nəticədir. Zəngin Avropa ölkələri arasında yalnız Malta daha yüksək göstəriciyə malikdir.

Müqayisə üçün qeyd edək ki, 2006-2015-ci illər ərzində İslandiyanın orta iqtisadi artım tempi ildə cəmi 2 faiz təşkil edib.

Analitiklər ölkənin iqtisadi uğurunu məhz iş həftəsinin azaldılması ilə əlaqələndirirlər. Belə ki, 2015-ci ildən 2019-cu ilə qədər ölkədə bir neçə iri eksperiment aparılıb ki, bu zaman dövlət sektorunda çalışan işçilərin əməkhaqqı azaldılmadan iş həftəsi 40 saat əvəzinə 35-36 saata endirilib. Təcrübədə 2500 nəfər iştirak edib - o vaxt İslandiyanın işləyən əhalisinin 1 faizindən çoxu.

Tədqiqatçılar müəyyən ediblər ki, əksər iş yerlərində əməyin məhsuldarlığı eyni qalıb və ya yaxşılaşıb, eyni zamanda işçilərin rifahı bir sıra göstəricilər üzrə “əhəmiyyətli dərəcədə” artıb.

İslandiya həmkarlar ittifaqları daha sonra ölkə daxilində on minlərlə üzvü üçün iş saatlarının qısaldılmasına razılıq verdilər. 2022-ci ilə qədər ölkədə işçilərin 51 faizi daha qısa iş saatına və ya dörd günlük iş həftəsinə keçib. Bu gün islandiyalıların 59 faizi bu formatda işləyir.

Избранный
49
12
olke.az

10Источники