RU

Gürcüstan prezidenti: “İqtidar seçkilərdə “erməni karuseli”ndən istifadə edib”

Gürcüstan prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasını Rusiyanın üsul və formalarından istifadə etməkdə, qondarma “rus tipli xüsusi əməliyyat” planlaşdırmaqda, habelə Rusiya FTX-nin xidmətindən yardım almaqda suçlayıb.

Musavat.com xəbər verir ki, bu barədə SOVA agentliyi məlumat yayıb.

Zurabişvilinin sözlərinə görə, 26 oktyabr seçkiləri mürəkkəb üsullarla saxtalaşdırılıb.

“Bura hədə-qorxu, ictimai xidmətdən asılı olan insanlara və ya sosial cəhətdən əlverişsiz insanlara təzyiq də daxil olmaqla, sui-istifadələr daxildir. Bütün bunlar müxtəlif texnologiyalardan istifadə edilməklə kompleks şəkildə aparılıb”, - deyə prezident bildirib.

Prezidentin “texnologiyadan istifadə” ifadəsi ilə nəyi nəzərdə tutduğunu soruşduqda Zurabişvili “erməni karuseli” cavabını verib.

“Biz buna “erməni karuseli” deyirik. Bu o deməkdir ki, seçkilərdən bir müddət əvvəl iqtidar nümayəndələri müxtəlif bəhanələrlə sosial cəhətdən həssas insanların, məhbus ailələrinin şəxsiyyət vəsiqələrini əlindən almağa başlayıblar – heç kim başa düşə bilmirdi ki, niyə belə edirlər. Əslində bu vəsiqələrdən eyni adam tərəfindən müxtəlif yerlərdə səs vermək üçün istifadə olunub. Bir şəxsiyyət vəsiqəsi və müxtəlif elektron cihazlardan istifadə etməklə bunu təxminən 17 dəfə etmək mümkün olub. Həmin adamların əlində çoxlu sayda şəxsiyyət vəsiqəsi və ya nömrələri olub”, -deyə Salome Zurabişvili bildirib.

Musavat.com

Избранный
25
34
musavat.com

10Источники