Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru Firdovsi Atakişiyev aparıcı kimi efirə qayıdır.
Sfera.az xəbər verir ki, bu barədə 54 yaşlı Əməkdar artist sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, noyabr ayından etibarən “Birinci ikincilər” adlı layihəni “Azad Azərbaycan” televiziyasının (ATV) efiri ilə təqdim edəcək:
“Çoxdan gözlənilən televiziyaya qayıdış! Yəqin ki, çox xoşbəxt bir insanam, tez-tez küçədə, bəzi tədbirlərdə, özümü işdə tapdığım bəzi qurumlarda, nəhayət, nə vaxt televiziyaya qayıdacağımı soruşurdular.
Noyabrın 2-də, saat 19:15-də ATV-də televiziyaya dönüşüm baş tutacaq. Proqram “Birinci ikincilər” adlanır. Həyatını sənətə həsr etmiş insanlar haqqında, həyatda “ikinci” olmalarına baxmayaraq, onlarsız mümkün deyil. Maraqlı olacaq”.
F.Atakişiyev 2000-ci illərdə keçmiş “Lider TV”-də “Bakımız” və “Tet-a-tet” verilişlərinin aparıcısı olub.