RU

Bulvarda gəmi gəzintisi bərpa edildi: qiyməti... - VİDEO

Bu gün 2 illik fasilədən sonra bulvarda gəmi gəzintisinin bərpası ilə bağlı ictimai təqdimat keçirilib.

Gundem.az xəbər verir ki, dəniz suyunun səviyyəsinin aşağı enməsi ilə əlaqədar Bakı bulvarında 2022-ci ildən gəmi gəzintisinə fasilə verilmişdi. İlin əvvəlindən batimetriya (dənizin dərinliyinin ölçülməsi) işləri aparıldı, nəticədə gəminin rahat və təhlükəsiz hərəkəti üçün yeni marşrut xətti müəyyənləşdi. Əgər 2022-ci ilə qədər Milli Parkda gəmilər “Sadko” körpüsünün yanından hərəkət edirdisə, yeni marşrut xəttinə əsasən Dəniz Vağzalının qarşısındakı körpüdən hərəkət edəcək. Dənizin bu hissəsindəki dərinlik gəminin rahat və təhlükəsiz hərəkəti üçün imkan verir.

İnsanların gəmiyə olan marağını, uzun müddət fəaliyyətində yaranan fasiləni nəzərə alaraq, gəminin istismarı ilə bağlı xərclərin artmasına baxmayaraq, Dənizkənarı Bulvar İdarəsi əvvəlki qiymətləri saxlayıb. Qiymətlər gəminin yerindən, mərtəbəsindən asılı olaraq 5-10 manatdır. Bu qiymətlər 2015-ci ildə müəyyənləşdirilib.

Gəmidə mühafizəni Su Nəqliyyatında Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti təmin edir.

Избранный
47
9
gundem.az

10Источники