Bakı. Trend:
“Unibank”ın “Əjdaha” lotereyasının üçüncü tirajının qaliblərinəhədiyyələr təqdim olunub. Tirajın əsas hədiyyələri olan 2 ədədToyota Corolla Cross avtomobili və 10 ədəd iPhone 15 Pro telefonuqaliblərə birbaşa təqdim edilib, puluduşları isə qaliblərin Unibank bank kartlarına köçürülüb. Lotereyaqalibləri hər tirajın sonunda Xəzər TV-nin canlı efirində xüsusikompüter proqramı vasitəsilə seçilir.
“Əjdaha” lotereyasının üçüncü tirajının qalibləri öztəəssüratlarını bölüşüblər:
Nuridə Əmənova 1 ildən çoxdu Unibankmüştərisidir: “ Son 1 ildə bütün alış-verişlərimi Ucard-la edirəm.Çox sərfəlidir, çox rahatdır. Lotereya haqda məlumatlı olsam da,bildiriş gələndə ki “Əjdaha” lotereyadan iPhone qazanmısınız,doğrusu inanmadım. Zəng edib bankla dəqiqləşdirdim. Çalışacamnövbəti tirajlara çox şans qazanım, çünki avtomobil, mənzil kimidaha gözəl hədiyyələr də var”.
Maksim Kabalnov isə 2018-ci ildən Unibankmüştərisidir. Elə qalib olduğunu Xəzər TV-nin canlı efirindəneşidib: “ Lotereya haqda məlumatlıydım. iPhone 15 Pro qazandığımıda canlı efirdən bildim. Telefonuma bildiriş gələndən sonra qalibolduğuma bir daha əmin oldum. Təbii ki, belə gözəl hədiyyə qazanmaqçox sevindiricidir. Doğru bank seçdiyimə bir daha əmin oldum”.
Daha bir iPhone 15 Pro qalibi Rasim Sadıqovlotereyadan məlumatı olmasa da, ödənişlərini hər zaman Unibankıntəqdim etdiyi kartilə edib: “ Qalib olsam da, olmasam da “Unibank”a həmişəgüvənmişəm, xidmətinin keyfiyyətindən, şəffaflığından əmin olmuşam.10 ildən çoxdur bankın müştərisiyəm və əksər xidmət və məhsulundanistifadə edib, razı qalmışam”.
“Əjdaha” lotereyasının 3-cü tirajında Toyota Corolla Crossavtomobili qazanan Ruslan Əskərov 10 ildən çoxdur“Unibank”ın müştərisidir: “Bu illərdə bankın məhsul vəxidmətlərindən hər zaman razı qalmışam, çünki müştəriyə bank üçündəyərli olduğunu hiss etdirir. Avtomobil böyük və hər kəsin xəyalıolan bir hədiyyədir. Hər tirajda yüzlərlə müştərisinə belə sevincyaşatdığı üçün “Unibank”ı alqışlayıram”.
Azər Nəsrullayev də üçüncü tirajın avtomobilqalibidir: “Uzun illərdir Unibank kartlarından istifadə edirəm.Lotereyadan məlumatım var idi. Hətta şans sayıma görə pul uduşuqazanacağımı düşünürdüm, amma Toyota Corolla Cross avtomobiliudacağımı gözləmirdim. Mənə çox böyük sürpriz oldu. Sevinchisslərimi sözlə ifadə edə bilmirəm. Unibank həmişə seçilməyibacarıb. Elə bu lotereya, bu qiymətli hədiyyələr də, bunungöstəricisidir”.
Lotereyanın dördüncü tirajının qalibləri noyabrın sonlarındaXəzər TV-nin canlı yayımında xüsusi kompüter proqramı vasitəsilətəsadüfi seçmə üsulu ilə seçiləcək. Artıq oktyabrın 21-dən noyabrın20-dək Unibank kartları ilə etdiyiniz ödənişlər sizə 4-cü tirajüçün şans qazandırır. Hər tirajda iştirak etmək üçün həmin tirajmüddətində azı 50 manatlıq ödəniş edib minimum 5 şans qazanmaqlazımdır. Bu halda əvvəlki tirajda qazandığınız şanslar da buraəlavə olunur.
Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli vəəşyalı mənzildən, 8 ədəd Toyota Corolla Cross avtomobilindən, 50Apple iPhone 15 Pro telefonundan birinə və 250 000 manatlıq puluduşunda seçilmiş məbləğlərə sahib olmaq istəyirsinizsə, siz də“Əjdaha” lotereyasının iştirakçısı olun!
Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından(https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz.
Unibank kartınla xərclə və “Əjdaha” lotereyasında iştiraket!
Unibank - Sənin Bankın!