RU

Xamneyi İsrailə hücum əmri verdi- Yaxın Şərqdə böyük qisas hücumu hər an başlaya bilər...

Image

Bir neçə gün əvvəl İranın başda Təl-Əviv olmaqla, bir çox hərbi nöqtəyə yüzlərlə raket hücumuna İsrail 100 döyüş təyyarəsi ilə 3,5 saat davam edən üç mərhələli hava hücumu ilə cavab verdi. İndi Yaxın Şərqdə bütün gözlər İranın cavab hücumuna yönəlib.

Məlumatlara görə, artıq İran dini lideri Ayətullah Əli Xamneyi İsrailə cavab hücumu üçün təlimat verib. “The New York Times” qəzetinin məlumatına görə, İsrailə qarşı cavab hücumu planından xəbəri olan üç İran rəsmisi bildirib ki, İranın dini lideri bazar ertəsi Ali Milli Təhlükəsizlik Şurasında cavab hücumu hazırlığı barədə göstəriş verib.

Rəsmilərin bildirdiyinə görə, Xamneyi bu təlimatı, yüksək səviyyəli hərbi komandanların İranın raket istehsal gücünə, Tehran ətrafındakı hava hücumundan müdafiə sistemlərinə, kritik enerji infrastrukturuna və böyük cənub limanına dəyən zərərin həcminə dair ətraflı hesabatını nəzərdən keçirdikdən sonra verib.

İddialara görə, Xamneyi, İsrailin hücumu zamanı dəyən ziyan və hərbi itkilərin gözardı edilməyəcək qədər böyük olduğunu və buna cavab verilməməsinin məğlubiyyət anlamına gələcəyini deyib.

İsrailin "Walla" xəbər saytı isə İranın İraq üzərindən cavab hücumuna hazırlaşdığını iddia edib. Adı açıqlanmayan İsrail rəsmilərinə istinadən bildirlir ki, İran noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi qisas almağı planlaşdırır. 

İran ərazisi əvəzinə İraqdakı tehranyönlü qruplar vasitəsilə qisas əməliyyatının həyata keçirilməsi planının, İsrailin İrandakı strateji hədəflərə mümkün hücumunun qarşısını almaq cəhdi ilə izah olunur.

Qeyd edilir ki, İsrail kəşfiyyatı İranın Təl-Əvivə qarşı İraq ərazisindən hücum edəcəyini və hücumda çoxlu sayda pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə edəcəyini gözləyir.

TAHİR





Избранный
67
21
baki-xeber.com

10Источники