RU

İran hücum planını dəyişdi – Qonşu ölkədən zərbə endirəcək

İran yaxın günlərdə İraqdan İsrailə hücum etməyi planlaşdırır, zərbələr ABŞ prezident seçkilərindən əvvəl baş tutacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail kəşfiyyatına istinadla “Axios” yazır.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, İsrail İranın çoxlu sayda PUA və ballistik raketlərdən istifadə edəcəyini gözləyir. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlami bundan öncə bildirib ki, İsrail İrana zərbə endirməklə səhv edib. Onun iddiasına görə, Tehranın cavabı fərqli olacaq.

İranın yüksək rütbəli rəsmisi onun sözlərini təsdiqləyərək əlavə edib ki, Tehran güclü və ağrılı cavab planlaşdırır, bu, ABŞ-da noyabrın 5-nə təyin edilmiş prezident seçkiləri öncəsi baş verəcək.

Bu arada adının çəkilməsini istəməyən ABŞ rəsmisi “Axios”a deyib ki, Vaşinqton İranın İsrailə hücum etmək qərarına gəldiyinə əmin deyil.

Oktyabrın 26-na keçən gecə İsrail Müdafiə Qüvvələri İrana hücum edib. F-35 qırıcıları da daxil olmaqla, 100-ə yaxın təyyarənin iştirak etdiyi hücumda İranın raket sənayesinin əsas zavodları və strateji obyektlərdə yerləşdirilmiş müdafiə sistemləri məhv edilib.

“Axios”un məlumatına görə, İsrail İranın arsenalının əsas hissəsini təşkil edən ballistik raketləri üçün yanacaq istehsal edən 12 obyekti də sıradan çıxarıb. ABŞ-ın yüksək rütbəli rəsmisi nəşrə təsdiqləyib ki, hücum Tehranın bu cür silahların istehsalı sahəsindəki imkanlarını xeyli zəiflədəcək.

İsraildən olan məlumatlı mənbə söyləyib ki, məhv edilmiş qurğular İranın təkbaşına istehsal edə bilmədiyi və Çindən aldığı yüksək texnologiyalı avadanlıqdır. Bunları bərpa etmək üçün ən azı bir il vaxt lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
56
21
teleqraf.com

10Источники