RU

Xameneinin ofisi hicaba görə Pezeşkianın sözçüsünü tənqid etdi

Onlar (Pezeşkian hökuməti- red) başa düşməlidirlər ki, hicab məsələsi həm din,həm də qanun məsələsidir və bu tamamilə yerinə yetirilməlidir.

Bunu Əli Xaməneinin ofisinin ideoloji məsələlər bölməsinin başçısı Əli Səidi deyib.

"İslam sistemi üzərində qurulan dövlət, hicab məsələsini həm din və həm də qanunun tələb etdiyinə görə tam tətbiq etməlidir",- o, vurğulayıb.

Qeyd edək ki, bir gün əvvəl Məsud Pezeşkian hökumətinin sözçüsü Fatimə Mühacirani məcburi hicaba  görə güc tətbiq edilməsinin yanlış olduğunu bildirib.

Əli Xaməneinin nəzarətində olan mühafizəkar siyasi cərəyan isə Pezeşkianın seçki qabağı məcburi hicab qaydalarının ləğvi ilə bağlı vədlərinin reallaşmasına qarşı çıxırlar.

visiontv.az



Избранный
76
29
visiontv.az

10Источники