RU

Azərbaycan boksçusu dünya birinciliyində gümüş medal qazandı

Azərbaycan boksçusu Əli Abdullayev Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyini gümüş medalla başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan milli üzvü finalda Abdulaziz Jurakulovla (Özbəkistan) qarşılaşıb.

Görüş üçüncü raundda həkimlərin qərarı ilə dayandırılıb və rəqib qalib elan edilib. Nəticədə Abdullayev mundailı ikinci pillədə bitirib.

Bununla da milli komandamız dünya birinciliyini 5 medalla başa vurub. Əlidən öncə Bilalhəbaşi Nəzərov (48 kq) gümüş, Məhəmmədəli Qasımzadə (60 kq), Zidan Hümbətov (51 kq) və Aynur Mikayılova (57 kq) bürünc mükafat qazanıb.

Yığmamız medal sayında mundiallar tarixində özünün ən yaxşı göstəricisinə imza atıb

Избранный
31
7
iqtisadiyyat.az

10Источники