RU

Balaxanı Sənaye Parkından REPORTAJ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV "COP-BAKU" layihəsi çərçivəsində Balaxanı Sənaye Parkından reportaj hazırlayıb.
Qeyd olunub ki, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu və Balaxanı Sənaye Parkındakı digər zavodların üstünlüyü bundan ibarətdir ki, xammal və istehsal eyni ərazidə yerləşir. Buna görə də, sahibkarlar üçün əlavə nəqliyyat xərclərinə ehtiyac qalmır.
Vurğulanıb ki, tam avtomatlaşdırılmış iş rejimində çalışan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılmasından əldə olunan enerji təxminən 100 min evi, yəni Gəncə böyüklüyündə bir şəhəri elektrik enerjisi ilə təmin etmək gücündədir. Zavodun digər maraqlı tərəfi isə özünübloklama mexanizmidir.
Belə ki, havaya həddən artıq zərərli qaz buraxılsa, zavod ağıllı sistemlə idarə olunduğu üçün dərhal fəaliyyətini dayandırır.
O da qeyd olunub ki, bir vaxtlar "Balaxanı zibilliyi" adlandırılan yerin tüstüsü paytaxtı uzun illər ekoloji təhlükə ilə qarşı-qarşıya qoymuşdu. İndi həmin zibilliyin yerində müasir sanitar poliqon və Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu fəaliyyət göstərir.
Ətraflı süjetdə:
Избранный
15
6
oxu.az

10Источники