RU

“Qarabağ” UEFA Avropa Liqasında ilk qələbəsini qazanıb

“Qarabağ” dünən axşam UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Norveçdə “Budyo-Qlimt” komandasının qonağı olub. “Aspmüra” stadionunda keçirilən qarşılaşma Ağdam klubunun qələbəsi ilə yekunlaşıb – 2:1.

Qarşılaşmanın 22-ci dəqiqəsində Toral Bayramov hesabı açıb – 1:0. Meydan sahibləri 41-ci dəqiqədə Marks Berqin vurduğu qolla hesabda tarazlıq yaradıblar – 1:1. “Qarabağ”ın qələbə topunu isə 69-cu dəqiqədə Abdullah Zubir vurub – 2:1.

Bu, ağdamlıların Liqa mərhələsində ilk qalibiyyəti olub. Xatırladaq ki, “Qarabağ” bundan əvvəl keçirdiyi oyunlarda İngiltərənin “Tottenhem” və Niderlandın “Ayaks” komandalarına 0:3, İsveçin “Malmö” kollektivinə isə 1:2 hesabı ilə uduzub.

S. FİDAN
XQ

 

Избранный
13
2
xalqqazeti.az

5Источники