Türkiyənin xarici işlər naziri Hakan Fidan Afinada yunanıstanlı həmkarı Yorgo Gerapetritis ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunub ki, tərəflər ikitərəfli və regional məsələləri, o cümlədən Qafqazdakı durumu, həmçinin Şərqi Avropa və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Daha əvvəl bildirilmişdi ki, nazirlər bu görüşdə münasibətlərin normallaşdırılması və qarşılıqlı ticarət həcminin artırılması barədə danışacaqlar.