RU

"Yardım bitəndə Zelenskinin də sonu gələcək!" - Pentaqonun keçmiş müşaviri

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ seçkilərində qalib gəlmiş Donald Trampla təmasları zamanı onu tələsik addımlar atmağa inandırmaq istəyir. Bu fikri Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor “Deep Dive”də çıxışı zamanı bildirib.

“Ukraynaya yardım bitəndə Zelenskinin də sonu gələcək. Ona görə də o, prezident Trampın eqosuna hər cür zərbə vurmağa çalışır və onu hər cür axmaq və təhlükəli hərəkətlər etməyə inandırmağa ümid edir”, - Makqreqor bildirib.

Təqaüddə olan polkovnikin sözlərinə görə, Zelenski üçün istədiyinə nail olmaq çətin olacaq. Çünki Tramp dünyaya realist kimi baxır, faktlara və mövcud vəziyyətə əsaslanır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
67
50
news365.az

10Источники