RU

Gürcüstan-Ermənistan sərhədində zəlzələ oldu

Gürcüstan və Ermənistan sərhəd zolağında 3 bal gücündə zəlzələ baş verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə xidməti məlumat yayıb.

 

Məlumata görə, zəlzələ noyabrın 9-da yerli vaxtla saat 10:35-də (GMT 10:31) Bavra kəndindən 14 km şimal-şərqdə qeydə alınıb, ocağı 10 km dərinlikdə olub.

 

Zəlzələ rayonun Bavra, Sarağyux, Sizavet, Tavşut, Qazançı kəndlərində 2-3 bal gücündə hiss olunub.

Избранный
11
7
senzor.az

10Источники