RU

Ukrayna Moskvaya kütləvi dron hücumu edib, 32 PUA vurulub

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu həyata keçirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya rəsmiləri Moskvaya sorğuya cavab olaraq uçan 32 pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.

Moskva Pmeri Sergey Sobyaninin Telegram kanalında hava hücumundan müdafiə sistemlərinin Ukrayna PUA-larının Moskvaya kütləvi hücumunun qarşısını aldığını yazıb.

“Daha yeddi PUA Moskva vilayətinin Domodedovo, Ramenskoye və Kolomna şəhərlərinə vurulub. İndiyədək Moskvaya doğru uçan 32 pilotsuz uçuş aparatı məhv edilib”, deyə Moskva meri qeyd edib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, Ramenski şəhər rayonunun Stanovoe kəndində iki ev vurulan PUA-ların dağıntıları nəticəsində yanıb. Qubernator nəticədə 52 yaşlı qadının qəlpələrdən yaralandığını və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyini bildirib.

Qubernator əlavə edib ki, hadisə yerində təcili xidmətlər işləyir.

Moskvanın, Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında “Xalça” planı saat 8:03-dən tətbiq edilib – hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və ya göndərmir. Saat 9:45-də Şeremetyevoda müvəqqəti məhdudiyyətlər uzadılıb. Vnukovo hava limanı normal rejimdə işləyir.

Избранный
27
50
apa.az

10Источники