AZ

Məhkəmə hakimi futbol meydanında vəfat edib

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin futbol oynayarkən vəfat etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Yasamal rayonu ərazisində – Azərbaycan Milli Elmlər Akademiyasının həyətində yerləşən stadionda baş verib. “Azfar Group” MMC tərəfindən idarə edilən stadionda dünən saat 18 radələrində keçirilən futbol oyunu zamanı Hacıyevin səhhəti qəfil pisləşib və o, hadisə yerində ölüb.

Qeyd edək ki, 63 yaşlı Hacıyev əvvəllər xüsusi xidmət orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.

Seçilən
13
50
futbolinfo.az

10Mənbələr