“Aşka Sürgün” serialı ilə tanınan, “Aşkı Memnu” ilə şöhrətin zirvəsinə qalxan aktrisa Beren Saat uzun müddət sonra tədbirdə görüntülənib.
Medianews.az haberler-ə istinadla bildirir ki, ölkəmizdə də kifayət qədər sevilən Beren Saat açıq-saçıq geyim tərzi ilə diqqət çəkib.
Qeyd edək ki, Beren Saat 26 fevral 1984-cü ildə Türkiyənin Ankara şəhərində anadan olub. O, Başkent Universitetində təhsili alarkən “Türkiye’nin Yıldızları” adlı televiziya müsabiqəsində iştirak edərək aktrisalıq karyerasına başlayıb. Müsabiqədən sonra bir çox televiziya serialında rol alıb və tez bir zamanda tanınıb. Beren Saatin “Aşk-ı Memnu” serialında canlandırdığı Bihter rolu onun karyerasında dönüş nöqtəsi olub. Şəxsi həyatı ilə də diqqət çəkən Beren Saat 2014-cü ildə tanınmış müğənni Kenan Doğulu ilə ailə qurub.