Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü və 5-ci turlarının oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Federasiyadan verilən məlumata görə, komandalar üçün fasilə noyabrın 23-də başa çatacaq. Xəbərdə bildirilir ki, “Olimpik Star”da keçiriləcək hər iki turda mərkəzi oyunlar saat 15:00-da start götürəcək.
Yüksək Liqa
4-cü tur
23 noyabr
Şuşa – U-19
“Olimpik Star”. Saat 13:00.
Araz-Naxçıvan – Neftçi İK İB
“Olimpik Star”. Saat 15:00.
Baku Fire – Yasamal Bakı
“Olimpik Star”. Saat 17:00.
5-ci tur
30 noyabr
U-19 – Araz-Naxçıvan
“Olimpik Star”. Saat 13:00.
Neftçi İK İB – Baku Fire
“Olimpik Star”. Saat 15:00.
Yasamal Bakı – Şuşa
30 noyabr. “Olimpik Star”. Saat 17:00
Yeri gəlmişkən, Yüksək Liqada daha 3 turun təqvimi məlumdur. 6-cı, 7-ci və 8-ci turların görüşləri bu ilin sonuncu ayına təsadüf edəcək. Böyük ehtimalla bu turlara da “Olimpik Star” ev sahibliyi edəcək. Amma qarşılaşmaların başlama saatları hələ məlum deyil. Dekabrın 26-da isə elita təmsilçiləri qış fasiləsinə yollanacaqlar.
6-ci tur
7 dekabr
Araz-Naxçıvan – Baku Fire
Neftçi İK – Şuşa
Yasamal Bakı – U-19
7-ci tur
21 dekabr
Yasamal Bakı – Araz-Naxçıvan
U-19 – Neftçi İK
Şuşa – Baku Fire
8-ci tur
26 dekabr
Araz-Naxçıvan – Şuşa
Baku Fire – U-19
Neftçi İK – Yasamal Bakı