RU

Yeniyetmə taekvondoçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar

Image

Noyabrın 7-dən 9-dək Albaniyanın paytaxtı Tirana şəhərində taekvondo üzrə keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin son günündə milli komandamızın üzvləri yığmamızın aktivinə daha iki medal əlavə ediblər. Taekvondoçumuz Novruz Əliyev (45 kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu adını qazanıb.  Bu barədə baki-xeber.com-a Federasiyadan məlumat verilib. Millimizin üzvü Anar Abdullazadə (37 kq) gümüş medala sahib çıxıb. 

Xatırladaq ki, yarışın ilk iki günündə taekvondoçularımız Gülay Əliyeva (44 kq) və Fərid Əlizadə (61 kq) bürünc medallara layiq görülmüşdülər. Bununla da yeniyetmə taekvondoçularımız Avropa birinciliyini  1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar.  Qeyd edək ki, yarışda Azərbaycanın oğlanlardan ibarət komandası ümumi hesabda üçüncü pillədə qərarlaşıb. 

İradə SARIYEVA






Избранный
20
19
baki-xeber.com

10Источники