RU

ABŞ TSMC-dən Çinə süni intellekt çiplərini tədarük etməyi dayandırmağı tələb edir

ABŞ Ticarət Departamenti Tayvanın yarımkeçirici istehsalçısı TSMC-yə məktub göndərərək müəyyən mürəkkəb çiplərin Çinə ixracını məhdudlaşdırmasını tələb edib. Onların süni intellekt və qrafik prosessorlarında istifadə oluna biləcəyi güman edilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" mənbələri məlumat yayıb.

Agentlik qeyd edir ki, tələb Çinin "Huawei" şirkətinin süni intellekt prosessorunda TSMC çipi aşkar edildikdən bir neçə həftə sonra yaranıb. Bu barədə Tayvan şirkətinin özü ABŞ Ticarət Nazirliyinə məlumat verib. "Huawei" Amerika sanksiyaları altındadır.

Yaponiyanın "Nikkei Asia" nəşri bu həftənin əvvəlində TSMC-nin bir neçə Çin şirkəti üçün süni intellekt və yüksək performanslı hesablama çiplərinin istehsalını dayandıracağını bildirib. Səbəb ABŞ-ın ixrac nəzarətini gücləndirməsi olub.

Aydın
Избранный
40
3
qaynarinfo.az

4Источники