BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ümumi evimizin qorunmasına töhfə verəcəyinə ümid edirəm.AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duası zamanı deyib.Pontifik Bakının ev sahibliyi edəcəyi COP29-un əhəmiyyətini qeyd edib.“Ümid edirəm ki, sabah Bakıda başlayacaq COP29 - İqlim Dəyişikliyi Konfransı ümumi evimizin qorunmasına səmərəli töhfə verəcək”, - deyə Papa Fransisk vurğulayıb.Qeyd edək ki, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolinin COP29-da iştirak üçün Azərbaycana səfər edəcəyi gözlənilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта