RU

Tramp İlon Maska YÜKSƏK VƏZİFƏ VERDİ

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sahibkarlar İlon Mask və Vivek Ramasvaminin ABŞ Hökumətinin Effektivliyi Departamentinə rəhbərlik edəcəklərini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının onun keçid komandasının yaydığı bəyanatda deyilir.

“Mən böyük İlon Maskın amerikalı vətənpərvər Vivek Ramasvami ilə əməkdaşlıq edərək Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edəcəyini elan etməkdən məmnunam”, - mətndə qeyd edilir.

Bildirilib ki, "bu böyük amerikalılar" yeni prezident administrasiyasının "bürokratiyadan qurtulmasını, həddindən artıq tənzimləməni azaltmasını, israfçı xərcləri azaltmasını və federal agentlikləri yenidən strukturlaşdırmasını" təmin etmək üçün çalışacaq.

Noyabrın 11-də ABC telekanalı bildirmişdi ki, Mask gələcək Tramp administrasiyasının formalaşmasında əsas fiqurlardan birinə çevrilir. ABŞ seçkilərindən bəri Mask demək olar ki, hər gün Mar-a-Laqoda (Florida) seçilmiş dövlət başçısının mülkündə olub və bununla da kadr qərarlarına birbaşa təsir edib.

Избранный
50
1
publika.az

10Источники