RU

COP for Hope: Ümid edirik ki, iqlim maliyyələşdirməsini həyata keçirən ölkələr öz öhdəliklərini sonuna qədər yerinə yetirəcəklər - Nepal XİN

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Nepalın Xarici İşlərNazirliyinin katibi Amrit Bahadur Raidir.

O, Trend-ə açıqlamasında bildirib ki, iqlimmaliyyələşdirməsini həyata keçirən ölkələrin ortaya çıxıb özöhdəliklərini sonuna qədər yerinə yetirəcəklərinə ümid edirik.

Onun sözlərinə görə, COP29-da iştirak Nepal üçün xüsusiəhəmiyyət kəsb edir:

"Bu konfransda iștirak bizim üçün vacibdir. Çünki iqlimdəyişiklikləri ilə mübarizədə iqtisadiyyatımızın getdikcətükənməsindən narahatlığımız var və bu, təkcə Nepal üçün deyil,ağıllı sistemdə buna əsaslanan bir sıra inkişaf etmiş ölkələr vəmilyonlarla insan üçündür. Biz birlikdə həyatımızı necə xilasedəcəyimizə diqqət yetirməliyik. Hamımız iqlim dəyişikliyinə qarşıbirlikdə çalışmalıyıq. Çünki bu, qlobal məsələdir.

İnkişaf etmiş ölkələrin indiki öhdəliklərini yerinə yetirməliolduğunu bilirsiniz. Ümid edirik ki, iqlim maliyyələşdirməsinihəyata keçirən ölkələr ortaya çıxıb öz öhdəliklərini sonuna qədəryerinə yetirəcəklər".

"Əlbəttə ki, bu öhdəliklərin yerinə yetirilməsində COP29konfransı olduqca vacibdir. Ümid edirik ki, burada ölkələr qlobaliqlim dəyişiklikləri ilə mübarizədə daha çox maliyyə və daha çoxtexnologiya transferi ilə razılaşacaqlar", - o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
39
42
az.trend.az

10Источники