RU

Trampın vəkili ABŞ baş prokurorunun müavini ola bilər – CNN


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp baş prokurorun müavini vəzifəsinə vəkili Todd Blanşın namizədliyini irəli sürə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Blanş il yarımdır ki, Trampın maraqlarını təmsil edir. Telekanalın mənbələri bildiriblər ki, bu müddət ərzində Blanş Trampa yaxınlaşıb. Belə ki, onu tez-tez siyasətçinin Mar-a-Laqo iqamətgahının yerləşdiyi Palm Biçdə (Florida ştatı) seçilmiş prezidentin əhatəsində görürlər.
Hazırda ABŞ-nin baş prokurorunun müavini vəzifəsini Liza Monako tutur. CNN qeyd edir ki, bu, ABŞ Ədliyyə Nazirliyində ikinci ən mühüm mövqedir.
Qeyd edək ki, bundan əvvəl Tramp respublikaçı konqresmen Mett Qetsin ABŞ-nin baş prokuroru vəzifəsinə namizədliyini irəli sürüb.
Избранный
36
6
yeniavaz.com

6Источники