RU

Füzulidə günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyənləşdi

Bakı. Trend:

Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aidtorpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimimüəyyən edilib.

Trend xəbər verir ki, bubarədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, dövllət mülkiyyətinə aid 482,0 hektar torpaqsahəsi qoyuluş gücü 160 MVt olan günəş elektrik stansiyasınıntikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimimüəyyən edilib.

Energetika Nazirliyi bu Qərarla müəyyən edilmiş bərpa olunanenerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısınınseçilməsi ilə bağlı tədbirləri Azərbaycan RespublikasıPrezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilətəsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisindəelektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinəuyğun olaraq həyata keçirməlidir.

Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalıməqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyənedilmiş 482,0 hektar torpaq sahəsində günəş elektrik stansiyasınıntikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunanenerji mənbələrindən istifadə haqqında” qanunda nəzərdə tutulmuşmüddətdə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazəverildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazəverilmədikdə isə müddət başa çatdığı gündən üç gün ərzində bubarədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Избранный
38
22
az.trend.az

10Источники