RU

"COP29 iqlim dəyişikliyi probleminin həllində fədakarlığımızın əlamətidir"

COP29-un Azərbaycanda keçirilməsi dövrün ən aktual problemi olan iqlim dəyişikliyinin həllində qəti niyyətimizin və fədakarlığımızın əlamətidir.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyanın bütün ölkələri, həmçinin Azərbaycan da iqlim dəyişikliyindən təsirlənir: "Son onilliklərdə Azərbaycan həddindən artıq isti, su qıtlığı, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və daşqınlarla üzləşib".

Spiker bildirib ki, Azərbaycan öz üzərinə könüllü öhdəliklər götürmək, "yaşıl gündəliyi" milli inkişaf proqramlarına daxil etmək, bərpa olunan enerji ilə bağlı layihələr həyata keçirmək, "yaşıl enerji" zonaları yaratmaqla öz gələcək yolunda inam və qətiyyət nümayiş etdirdi:

"Eyni zamanda COP29-a sədrlik dünya ictimaiyyətinin Azərbaycanın körpü rolunda çıxış etmək, ölkələri ortaq iş ətrafında birləşdirmək bacarığına və təcrübəsinə inamının nəticəsidir. Hazırlıqlar üçün digər ölkələrlə müqayisədə daha az vaxt olmasına baxmayaraq, bütün maraqlı tərəfləri cəlb etmək, onların problemlərini dinləmək və gözləntilərini anlamaq üçün çox böyük işlər görüb".

Избранный
3
43
publika.az

10Источники