"Football-plus.az" xəbər verir ki, bunu hava limanında jurnalistlərə açıqlamasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP 29) iştirak məqsədi ilə Bakıya gələn İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta deyib. O dəvətə görə Azərbaycana təşəkkür edib:
"Mən Bakıya sammitə görə gəlmişəm. Ölkənizdə olmaqdan məmnunam. Azərbaycana təşəkkür edirəm".