RU

“Mənə elə gəlir ki, Azərbaycanda bizim qədər çalışan komanda yoxdu” – bunu kim dedi?

Yığmaların oyunlarına görə çempionatlarda fasilə yaranıb. Ardından 14-cü turun oyununa çıxacaq “Qarabağ”ı daha sonra, yəni noyabrın 28-də Bakıda Avropa Liqasının 5-ci turu çərçivəsində “Lion”la çətin qarşılaşma gözləyir.

“Football-plus.az” ağdamlıların qapıçısı Fabian Bunticlə söhbətləşib.

- Hazırda lidersiz. Sonuncu turda “Zirə”ni 4:0 darmadağın etdikdən sonra belə düşüncə formalaşdi ki, meydanda sizə qarşı “dişini göstərəcək” komanda yoxdu. Niyə sizə müqavimət göstərə bilmirlər?
- Bəlkə söz buna asanlıqla nail olduğumuzu fikirləşirsiz. Çünki biz Avropada oynayırıq. Amma təkcə ona görə deyil. Biz hər gün məşqlərdə sərt çalışırıq. Doğrudan da, məşq prosesimiz gərgin keçir. Çalışırıq ki, gündən-günə performansımızı daha da yaxşılaşdıraq. Mənə elə gəlir ki, Azərbaycanda bizim qədər çalışan komanda yoxdu. Bunun da bəhrəsini meydanda görürük. Sözsüz, oyunçuların fərdi ustalığı da özünü göstərir.

– Nəhayət, Avropa Liqasında ilk qələbəni qazandınız. “Bude/Qlimt”lə oyundakı qələbə qrupdan çıxmaq motivasiyanızı nə qədər artırdı?
- Hər oyunda ümid artır. Ən vacib oyun idi ki, biz oyunu udduq. Nəhayət, biz də qələbəyə nail olduq. Görürsüz ki, cədvəldə necə sıxlıqdı. Demək olmaz ki, 6-7 xal fərqlə şansımız yoxdu. Oyundan-oyuna ümidlər artacaq. Bizim işimiz odu ki, öz üzərimizdə çalışaq, meydanda vuruşaq. Gördünüz ki, bunu “Bude/Qlimt”də elədik. Sonda nəticə bizim xeyrimizə oldu. Buna görə də əlimizdən gələni edəcəyik ki, hər rəqiblə ən azı sonacan mübarizə aparaq. Qarşıda bizi maraqlı avrokubok oyunları gözləyir. Pley-off-a vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Alınacaq, ya yox - bunu yanvardan sonra görəcəyik.

- “Bude/Qlimt”lə oyununuz bəyənilmədi. Hər kəs “Qarabağ”ın nəticəyə oynadığını düşündü. Bu fikirlə razısan?
- Azarkeşkər belə deyirsə, belədi (gülür). Amma ilk işimiz ondan ibarət idi ki, müdafiədə inamlı oynayıb səhvlərə yol verməyək və qol buraxmayaq. “Bude/Qlimt”lə oyunda biz topa çox nəzarət edən tərəf idik. “Tottenhem”lə matçda da şansımızdan istifadə edə bilsəydik, bəlkə də nəticə başqa cür olardı. Amma bu oyunda vacib olan o idi ki, udaq və nəticədə də ilk 3 xalımızı qazandıq. Hədəf odu ki, çıxıb vuruşaq, yaxşı oyun nümayiş etdirək və yaxşı nəticə ilə Bakıya qayıdaq. Bu da alındı.

- Bundan sonra 4 fərqli oyununuz olacaq. Fransanın “Lion”, Yunanıstanın “Olimpiakos”, Rumıniyanın FKSB, İsveçin “Elfsborq” klubları ilə qarşılaşacaqsız. Ən çətin oyununuz kimə qarşı olacaq?
- Məncə, İsveçdə "Elfsborq"a qarşı oyun. Süni meydança, soyuq hava şəraiti baxımından işimiz çətindi. Amma 4 komanda arasında asanı yoxdu. Hər birindən xal almağa çalışacağıq.

RÖYANƏ OĞUZ

Избранный
91
12
football-plus.az

10Источники