RU

Bakıda “İş yerində neyromüxtəliflik” mövzusunda panel müzakirəsi keçirilib

Noyabrın 17-də Bakıda “İş yerində neyromüxtəliflik” adlı tədbir baş tutub.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Fondunun Baş icraçı direktoru Anil Soni, “NEQSOL Holding”in dayanıqlılıq üzrə baş direktoru Kadri Özen və digər rəsmilər iştirak ediblər.

Panel müzakirəsi zamanı neyromüxtəlif fərdlərə dəstək üçün inklüziv təcrübələrin tətbiqi, bu sahədə iş təcrübələri və üzləşilən çətinliklər, dəstəkçi iş mühiti yaratmaq üçün praktik addımların atılması və digər mövzular ətrafında geniş fikir mübadilələri aparılıb.

Çıxışçılar neyromüxtəlifliyin öyrənmə və ünsiyyət pozğunluqları da daxil olmaqla bir çox nevroloji pozğunluqları əhatə etdiyini qeyd ediblər. Eyni zamanda, iş yerində neyromüxtəlifliyin dəstəklənməsinin vacibliyi diqqətə çatdırılıb.

Neyrodivergent insanların dünyanı unikal üsullarla gördüyünü nəzərə alaraq, onlar iş yerində həm fərdi rifaha, həm də peşəkar artıma təsiri olan çətinliklərlə üzləşə bilərlər. Bu baxımdan onlar üçün sensorlu iş məkanları və istirahət zonalarının yaradılması vacibdir.

Избранный
32
9
ikisahil.az

10Источники