RU

ABŞ Paris Sazişi çərçivəsində hesabatlılıq öhdəliklərini ilin sonuna qədər yerinə yetirəcək - Syu Biniaz

Bakı. Trend:

ABŞ Paris Sazişi çərçivəsində hesabatlılıq üzrə öhdəliklərini builin sonuna qədər yerinə yetirəcək.

Trend xəbər verir ki, bubarədə ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müaviniSyu Biniaz "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmimasası"nda bildirib.

"Şəffaflıq iqlim səylərinin əsasını təşkil edir, çünki o, həmfərdi, həm də kollektiv tərəqqini qiymətləndirməyə, əlavə tədbirlərtələb olunan sahələri müəyyən etməyə və bütün ölkələrinhesabatlılığını dəstəkləməyə imkan verir. Şəffaflıq yalnız carivəziyyəti anlamağa deyil, həm də iqlim hədəflərinə nail olmaq üçünməqsədyönlü tədbirlərin görülməsinə təkan verir", - deyə ovurğulayıb.

O, həmçinin, Paris Sazişi çərçivəsində TəkmilləşdirilmişŞəffaflıq Sistemi (ETF) proqramının əhəmiyyətini qeyd edib. Buproqram bütün ölkələr üçün iqlim fəaliyyətləri barədə hesabatlılıqvə milli müəyyən edilmiş töhfələrin (NDC) icrasının monitorinqiüzrə vahid yanaşma yaradır.

"Proqresi ölçmək və izləmək üçün etibarlı sistemlər olmadan,NDC-lər boş vədlərə çevrilə bilər. ETF bu boşluğu doldurmağa köməkedir və standartlaşdırılmış, müqayisə oluna bilən məlumattəqdimatını təmin edir", - deyə o əlavə edib.

Syu Biniaz qeyd edib ki, ABŞ şəffaflıq sahəsində ölkələrininkişafını fəal şəkildə dəstəkləyir. O, istixana qazlarıinventarizasiyasının yaradılması və təkmilləşdirilməsi, həmçinin,hesabatların hazırlanmasına yardım göstərildiyini bildirib.

2024-cü ildə ABŞ 19 ölkə ilə əməkdaşlıq edərək hesabatlarınhazırlanması üçün texniki dəstək göstərir və 17 Afrika ölkəsi üçünseminarlar təşkil edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
7
1
az.trend.az

2Источники