RU

"Bu qarşıdurma nə qədər tez bitərsə, Azərbaycan üçün bir o qədər faydalı olar"

Türkiyənin hava sahəsi İsrail təyyarələrinə bağlı olduğunua görə bu ölkənin prezidenti Bakıda keçirilən COP29 tədbirində iştirak edə bilmədi. Halbuki, İsrail tərəfi Türkiyə hava məkanının onlar üçün bağlı olduğunu əvvəlcədən bildiyinə görə, bu ölkənin rəhbəri daha uzun məsafə olsa da, fərqli ölkələrin hava sahəsindən istifadə edərək Bakıdakı tədbirə qatıla bilərdi. Bütün hallarda son olay Türkiyə-İsrail münasibətlərindəki gərginliyin Azərbaycana da təsir etdiyini göstərdi.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

"Bu arada, İsrail-Türkiyə informasiya müharibəsinin son nümunəsi də diqqəti çəkib. Xəbər yayılıb ki, fikir ayrılığına görə “Həmas” təşkilatının siyasi rəhbərliyi Qətər paytaxtı Dohadakı qərargahını tərk etmək məcburiyyətində qalıb. İsrail mediası dərhal xəbər yayıb ki, “Həmas” ofisini Türkiyəyə köçürüb. Bu xəbər ətrafında geniş müzakirələr başlayarkən, Türkiyə Xarici İşlər Nazirliyi yayılan xəbərin həqiqətə uyğun olmadığını açıqlayıb. Beləliklə, iki ölkə arasında qarşıdurma səngimək bilmir. Bu qarşıdurma nə qədər tez bitərsə, Azərbaycan üçün bir o qədər faydalı olar", - o qeyd edib.

Tarix: 18 Noyabr 2024, 16:18   
Избранный
24
2
pravda.az

9Источники