RU

COP29: Bakının 2040-cı ilə qədərki Baş Planının icrası paytaxtın dayanıqlı inkişafına təkan verir (FOTO)

Bakı. Trend:

Bu gün COP29-da Çoxsəviyyəli Fəaliyyət və ŞəhərsalmaPavilyonunda Bakının Baş Planının icrasına həsr olunmuş tədbirkeçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında BakıŞəhər Şəhərsalma və Memarlıq Baş İdarəsinin rəisi Read Qasımovplanın əsas məqsədləri və nailiyyətləri barədə məlumat verib.

Trend-in məlumatına görə,tədbirdə Şəhər və Region Planlama Beynəlxalq Cəmiyyəti (ISOCARP) vəBMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndələri dəiştirak ediblər.

Read Qasımov qeyd edib ki, Bakı şəhərinin Baş Planı qlobalşəhərsalma problemləri nəzərə alınaraq hazırlanıb və ətraf mühitəmənfi təsirlərin azaldılması, enerji səmərəliliyinin təminolunması, habelə “yaşıl” infrastrukturun inkişafına yönəlib. BaşPlanın icrasının uğurlu nəticələrindən bəhs edən R.Qasımov əlavəedib ki, plana müvafiq olaraq görülən işlər nəticəsində dayanıqlıinkişafa zəmin yaradılır, sakinlərin həyat keyfiyyəti yüksəlir,şəhər mühiti daha inklüziv və əlçatan olur.

Sonda müzakirələrə qatılan beynəlxalq mütəxəssislər həmçininBakının Baş Planının müasir şəhərlərin qlobal çağırışlarauyğunlaşmasını göstərən və təbii resurslardan səmərəli istifadəolunmaqla dinamik inkişafı təmin edən bir sənəd olduğunubildiriblər

COP29:
COP29:
COP29:
COP29:
COP29:
COP29:
COP29:
COP29:
Избранный
6
4
az.trend.az

5Источники