RU

Azərbaycanın U-16 voleybol millisi Polşaya yollandı

16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Polşanın Debica şəhərinə yola düşüb.

Fanat.Az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, U-16 səfərə 14 oyunçu ilə yollanıb. 

Bunlar Nisə Əlizadə, Mələk Hacızadə, Aysel Nəbiyeva, Fatimə Əliyeva, Liel Vetkina, Kamilla Manaxova, Çinarə Yusubova, Aylin Əlizadə, Dilarə Ağayeva, Nuray Vahablı, Zeynəb Cəfərli, Mədinə Əlibəyova, Məryəm Qocayeva və Çinarə Rəhimovadır.

Şahin Çatmanın rəhbərlik etdiyi komanda Estoniya, Litva və Ukrayna kollektivləri ilə üz-üzə gələcək. Yığma ilk matçını noyabrın 20-də Estoniyaya ilə üz-üzə gələcək.

Qeyd edək ki, noyabrın 20-23-də baş tutacaq yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.

Избранный
22
11
fanat.az

10Источники