RU

Elcanın bu sözü Nigarı əsəbiləşdirdi - VİDEO

Əməkdar artist Nigar Şabanova efirdə əsəbiləşib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, hadisə sənətçinin qonaq olduğu “El canlı” verilişində baş verib.

Belə ki, proqramın aparıcısı, aktyor Elcan Rəsulov müğənni Kəmalənin hər kəliməsində istifadə etdiyi və sosial şəbəkədə “viral” olan “Niqulya” deyərək Şabanovanın hal-əhvalını soruşub.

Həmin kəliməni eşidən Nigarın üz ifadəsi 180 dərəcə dəyişib. O, qəzəbli baxışları ilə Elcana “Yaxşıyam, Elülya” cavabını verib. Müğənninin bu sözlərinə gülən aparıcı “Bu “TikTok” və “Instagram” çıxardana mən nə deyim? Başımız xarab olub” sözlərini söyləyib.

Nigar isə qarşı tərəfə “Bir baş ki, güldürsə, o heç zaman “TikTok”da başqa mövzularla iylənməz” deyə fəlsəfi şəkildə fikrini ifadə edib.

Избранный
15
8
news24.az

9Источники