RU

COP29-da iqlim maliyyələşdirmə sazişi ilə bağlı mətn açıqlanacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) gözlənilən sənəd bu gün açıqlanacaq".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin məşhur "Haber Global" telekanalının hazırladığı süjetdə bildirilib.
Qeyd olunub ki, axşamkı hesabatda vacib mövzular var, onları COP29 sədrliyi açıqlayacaq. Bununla belə sənəddə ən vacib məsələ iqlim maliyyələşməsi olacaq.
"Gündəm həmişəki kimi gərgindir. Mətnlər toplanır. Maliyyələşdirmə ən vacib mövzudur. Söhbət hər il iqlim böhranı ilə mübarizə, texnologiya transferi və təbii fəlakətlərə dəstək üçün ayrılacaq 1.1 trilyon dollardan gedir", - deyə videoda bildirilir.
Qeyd edilib ki, bu hesabat əvvəlki kimi prioritetləri əhatə etməyəcək, qısa, aydın və məqsədyönlü olacaq.
"COP29-u digərlərindən fərqləndirən də elə budur", - deyə müəllif vurğulayıb.
Ətraflı süjetdə:
Избранный
59
50
oxu.az

10Источники