RU

Rusiya bəzi əcnəbilərin dondurulmuş aktivlərini istifadəyə başlayıb

Rusiya dost olmayan ölkələrin oxşar hərəkətlərinə cavab olaraq əcnəbilərin dondurulmuş aktivlərindən istifadə etməyə başlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov "Rossiya 1" telekanalına müsahibəsində bildirib.

"Biz də eyni şeyi edirik. Qərb ölkələri aktivlərimizdən və onlardan əldə olunan gəlirlərdən istifadə etmək qərarına gəldilərsə, Rusiya tərəfi də tamamilə adekvat hərəkətləri həyata keçirir. Bizdə də Qərb investorlarının və maliyyə bazarının Qərb iştirakçılarının, şirkətlərinin resursları dondurulub. Bu aktivlərdən əldə edilən gəlir də qızıl-valyuta ehtiyatlarımızı donduran, ehtiyatların yerləşdirilməsindən əldə edilən gəlirdən istifadə edən ölkələr kimi istifadə olunacaq”, - Siluanov bildirib.

Maliyyə naziri bunu Rusiya tərəfindən digər ölkələrin dost olmayan hərəkətlərinə adekvat cavab hesab edir. "Qərb ölkələrinin dost olmayan hərəkətləri haqqında məlumatdan sonra eyni tədbirləri həyata keçiririk", - o deyib.

Xatırladaq ki, bu ilin fevralında Avropa İttifaqı (Aİ) Şurası Aİ-də dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərə dair qərarı təsdiqləyib, ayrıca nəzərə alınması və xüsusi hesablarda saxlanması barədə qərar verib.

Избранный
5
2
far.az

6Источники